Qubada baş verən qəza iki nəfərin ölümü ilə nəticələnib

Avqustun 21-i axşam saatlarında Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı Əliyev Renad Mahir oğlunu avtomobil vurub. Xəsarət alan azyaşlını "VAZ 2107" markalı avtomobili ilə xəstəxanaya çatdırmaq istəyən qonşusu, 28 yaşlı Emin Əzizov rayonun Birinci Nügədi kəndi ərazisində qəzaya uğrayıb. Avtomobilin yolun kənarındakı dirəklərə çırpılması nəticəsində sürücü E.Əzizov və azyaşlı R.Əliyev hadisə yerində ölüb. Qəza zamanı avtomobildə olan sərnişinlər, azyaşlının anası, nənəsi və dayısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə