İsmayıllı sakinindən tüfəng götürülüb

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirəbilqasım kənd sakini Barat Əhmədovdan müvafiq sənədləri olmayan “Tula” markalı qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...