Hacıqabul rayonunda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Üç otaq və aynabənddən ibarət ev hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...