İsmayıllıda yanğın hadisəsi baş verib

İsmayıllıda gecə saat 01 radələrində yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində qeydə alınıb.

Kənd sakini Elşən Əzizova məxsus olan tövlə və tövlədə yığılmış ot bağlamaları yanıb. Zərərçəkənə məxsus ev heyvanları tövlədən çıxarıldığı üçün tələfat olmayıb.

Hadisə yerinə FHN-nin İsmayıllı rayon yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə