Ağsuda 4 yaşlı qızı maşın vurub öldürüb

Ağsu rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Rayon sakini Hacıyev Ehtiram Balaşah oğlu idarə etdiyi "NİVA" markalı 90 HT 804 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sağdan sola yolu keçmək istəyən rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədova Nəzrin Elimağa qızını vurub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...