Gəncədə VAZ 2107" ilə "Moskviç" markalı minik avtomobili toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Gəncə müxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Moskviç" markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki avtomobildə xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisəyə səbəb kimi minik avtomobillərindən birinin qırmızı ışıqda yol ayrıcına daxil olması göstərilir. Faktla bağlı Gəncə ŞBPİ-də araşdırma aparılır. İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə