Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. SİA-nın verdiyi məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş verib. Zəhərlənən 1980-ci il təvəllüdlü Hətəmova Gülnarə Muxtar qızı, 1999-cu il təvəllüdlü Hətəmov Ramin Şakir oğlu və 2000-ci il təvəllüdlü Hətəmova Fidan Elxan qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...