Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yanğın qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisındə 50 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...