Narkotik ticarətçisi saxlanıldı

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya bildiriblər ki, Tovuz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Nizaməddin Tağıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 22 bükülüdə ümumi çəkisi 15,794 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zamanı N.Tağıyev narkotik vasitəni özü əkdiyini və 1,941 qramını həmkəndlisi İlqar adlı şəxsə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...