Avtomobil atı vurdu, sürücünün anası öldü

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 13-də saat 22 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 atı vurub.

Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...