Avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb. Onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...