Tovuzda bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb

Cari ilin fevral-may aylarında Tovuz rayonu ərazisində bir neçə evdən oğurluq edən şəxslər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə