Yol qəzasında 7 nəfər xəsarət alıb FOTO

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...