Ağcabədidə mağazada yanğın olub

Ağcabədi rayonunda mağazada yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, rayon ərazisində ümumi sahəsi 204 m² olan mağazanın içərisində 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 34 m² sahədə əriyib. Məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...