Bakıda sərnişin avtobusunun vurduğu piyada xəstəxanada ölüb

Bakının Sabunçu rayonunda avtobusun vurduğu piyada dünyasını dəyişib.

SİA-nın məlumatına görə, Əmir Bağırov küçəsində 204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun vurduğu 17 yaşlı Fatimə Vəliyeva həkimlərin səyinə baxmayaraq, bu gün müalicə olunduğu 3 saylı Şəhər Klinik Xəstəxanasında keçinib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...