Samuxda hovuza düşən uşağın vəziyyəti ağırdır

Samux rayonunda bədbəxt hadisə baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

2014-cü il təvəllüdlü Zeyid Həsənli ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir. Azyaşlı hazırda özəl xəstəxanaların birinə yerləşdirilib.

Samux Rayon Polis Şöbəsində hadisənin təfərrüatları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə