Tovuz sakini özünü körpüdən atıb

Tovuz sakini özünü körpüdən atıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Tovuz rayonun girişində qeydə alınıb.

2001-ci il təvəllüdlü Hüseynova Kifayət Məhəmməd qızı özünü Tovuz çayının üzərindəki körpüdən aşağı atıb. Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə Tovuz rayon Polis İdarəsinin rəsmiləri cəlb olunub. İlkin ehtimal K.Hüseynova ailədə yaşanan səbəbindən özünü öldürmək qərarına gəlib

Bütün xəbərlər Facebook səhifəmizdə