Bakıda minik avtomobili yük avtomobili ilə toqquşub ölənlər var

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili və "КамАЗ" markalı yük avtomobili toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə