Piyada keçidində qadını vuran sürücü - VİDEO

Xanımın azacıq dayanması onu ölümdən qurtarır

Bakıda Şəmsi Bədəlbəyli küçəsində (28 Mall yanı) piyada keçidində qadın piyadanı vuran sürücü kameraya düşüb. Xəbər verilir ki, 99 LP 055 dövlət nömrə nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq hərəkəti davam etdirir. Bu zaman keçiddən keçən piyada xanımı vurur. Xanımın azacıq dayanması onu ölümdən qurtarır. Sürücü isə heç nə olmamış kimi yoluna davam edir. SİA görüntüləri təqdim edir.

Ümid edirik ki, DYP bu sürücünü aşkar edərək barəsində müvafiq qərar verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...