Qazaxda avtomobil ağaca çırpılıb

Qazax rayonunda avtomobil qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Çaylı kənd yolunda hərəkətdə olan "VAZ-21012" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Yüsif Nəbiyev müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə