Mingəçevir sakini naməlum şəraitdə özünə xəsarət yetirib.
SİA xəbər verir ki, hadisə gecə saatlarında Samux küçəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü şəhər sakini Anar Məcid oğlu Yusifov sol bilək nahiyəsindən ağır xəsarət alıb. O, biəyinin ağır kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi tam məlum deyil. Yaralının sərxoş vəziyyətdə olduğu deyilir.
Faktla bağlı arşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə