Avtobusdan düşən sərnişini avtomobil vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. 14 saylı marşrut xəttindən enən Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Balayeva Nazpəri Feruz qızını “VAZ 2107” markalı avtomobil vurub.

Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. Dərhal xəstəxanaya aparılan 21 yaşlı Nazpəri Balayevanın vəziyyəti orta ağırdır.

Faktla bağlı araşırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...