Samuxda bir neçə tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Samux rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 90 m² olan tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 135 m² olan digər tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 22 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə