İmişlidə 54 yaşlı kişini avtomobil vurub

İmişli rayonunda 54 yaşlı kişini avtomobil vurub. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Şahverdili kənd sakini Musayev Elnur Səxavət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən həmyerlisi, 1965-ci il təvəllüdlü Əmrahov Ələmdar Əzim oğlunu vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...