Şadlıq evində kütləvi zəhərlənmə - SON DƏQİQƏ -FOTOLAR

Şirvan şəhərindəki "Yeganə" şadlıq evində zəhərlənmə hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə yerinə polis və Fövqəladə Halllar Nazirliyinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 16 nəfər hələlik mənşəyi bəlli olmayan qazdan zəhərlənib.

Zərərçəkənlər Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Şadlıq evindəkilər təcili təxliyyə edilib.

Baş vermiş hadisə araşdırılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə