Paya ilə 57 yaşlı kişinin başını əzdi

Goranboy rayonunda tanışlar arasında yaşanan insident qanla bitib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, rayon sakini 1962-ci il təvəllüdlü Nağı Məmmədov tanışı ilə mübahisə edib.

Nəticədə sonuncu N.Məmmədovun başına ağac parçası ilə bir neçə dəfə zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib və travmatalogiya şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı Goranboy rayonunda araşdırmalara başlanılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...