Şəmkirdəki qəzada 1 nəfər ölüb, iki nəfər isə yaralanıb

Şəmkirdə ağır yol qəzası baş verib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

“VAZ 21 07” markalı avtomobil ağaca çırpılıb. Nəticədə avtomobili idarə edən 1998-ci il təvəllüdlü Kazım Hüseynov hadisə yerindəcə keçinib. Avtomobildə olan mərhumun həmyaşıdları Mərdanov Fərid Arzu oğlu və Sadıqov Rəşad Zakir oğlu ağır vəziyyətdə Gəncədəki özəl xəstəxanalardan birinə gətiriliblər. Yaralılar reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılır

Bütün xəbərlər Facebook səhifəmizdə