Gəncədə üç maşın toqquşub: biri azyaşlı olmaqla iki nəfər yaralanıb

Gəncə şəhərində üç avtomobilion toqquşması ilə müşayiət olunan yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Rövşən Zülfüqarovun idarə etdiyi E-Klass markalı “Mersedes” avtomobili, 1983-cü il təvəllüdlü İlham Əzimovun idarə etdiyi C-Klass markalı “Mersedes” və 1985-ci il təvəllüddlü Ruzi Məmmədovun idarə etdiyi VAZ 2106 markalı avtomobil toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində İlham Əzimovun bir azyaşlı övladı və digər maşınlardan birinin sərnişini xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri Gəncə şəhər DYP tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə