Şamaxı rayonunda beşotaqlı ev yanıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşıq Məmmədağa küçəsində Çilləxan Şirməmməd oğlu Əhmədova məxsus evdə baş verib.

Hadisə yerinə Şamaxı rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə