Sabirabadın mərkəzi bazarında yanğın baş verib

İyulun 16-da səhər saatlarında Sabirabadın mərkəzi bazarında yanğın baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, yanğın “Əmin market” ticarət obyektindən başlayıb və alovun əhatə dairəsi daha da genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-ə yaxın texnikası və canlı qüvvəsi, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə