Qaradağda ağır qəza - "Lada" yol kənarına aşdı

Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Ələt istiqamətində hərəkət edən "Lada" markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Mərkəzdən verilən məlumata görə, xəstələrdən üçünün vəziyyəti yaxşı olduğundan onlar ambulator müalicəyə göndəriliblər. Digər iki nəfər 1985-ci il təvəllüdlü Məmmədova Nəzakət Hülüxan qızı boyun fəqərəsinin çıxığı və sınığı, 2013-cü il təvəllüdlü Məmmədov Məhəmməd Kənan oğlu isə döş qəfəsinin arxa hissəsinin kesilmiş, deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə