Cəlilabadda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, rayonun Bədirli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 68 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə