Fəhləni 300 lirəyə görə bıçaqladılar

Bursada 300 lirə dəyərində almalı olduğu pulu istəyən azərbaycanlı 27 yaşlı Süleyman Nufarovu bıçaqlayaraq öldürdüyü iddiasıyla ittiham olunan 41 yaşlı Süleyman Kebizə hökm oxunub. SİA xəbər verir ki, onun barəsində ömürlük həbs cəzası tələb olunub.

Respublika Prokuroru bundan əlavə cinayətkarla bağlı təhrik və yaxşı hal endirimi tətbiq edilməməsini tələb edib.

Qeyd edək ki, hadisə bir müddət əvvəl Mərkəz Nilufər mahalında Görüklə məhəlləsində meydana gəlib. Süleyman Nufarov ailəsini Azərbaycanda qoyaraq Türkiyəyə iş üçün gəlib.

Axiska türkü 1 uşaq atası Süleyman Nufarov Bursada Süleyman Kebizin yanında bir inşaatda işləməyə başlayıb. Bir müddət sonra işdən çıxan S.Nufarov Kəbizin işlədiyi inşaata gedib. Azərbaycana qayıdacağını bildirib və pulunu tələb edib.

Onlar arasında mübahisə yaranıb. Dava zamanı Kebiz Nufarovu bıcaqla yaralayıb. Süleyman Nufarov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...