İkinci mərtəbədən yıxılan yeniyetmə ağır xəsarətlər alıb

Lənkəranda bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Separadi kəndində yerləşən və illərdir istifadəsiz qalmış tikilidə qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev fabrikin ikinci mərtəbəsindən yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarətləri alıb.

O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə