Zığda baş verən yanğın söndürülüb

Bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb. SİA-nın verdiyi məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası cəlb edilib. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Daxili İşlər, Səhiyyə nazirlikləri, Baş Prokurorluq, Azərsu, Azərişıq, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar.

Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə