Tikinti zamanı fəhlə hündürlükdən yıxılıb

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Əliyev Zəka Arzuman oğlu tikinti işi aparan zaman binanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə