Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb

Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 20-də Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edib 17000 manat pulunu alması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə