Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 180 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə