Zaqatalada 40 yaşlı kişini ilan sancıb.

SİA xəbər verir ki, bu gün rayonun Faldar kənd sakini, 1979-cu il təvəllüdlü Natiq Ramin oğlu Səfərov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, N.Səfərov özünə məxsus sahədə təsərrüfat işləri aparan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. N.Səfərova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Onun vəziyyəti orta-stabil kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə