Dövlət imtahanından kəsilən tələbə komotez vəziyyətə düşüb

Mingəçevirdə dövlət imtahanından kəsilən tələbə stres keçirərək huşsuz vəziyyətə düşüb

SİA xəbər verir ki, hadisə “Bağlar” yaşayış massivindəki 6-cı küçədə baş verib.

Təhsil aldığı məktəbi bitirmək üzrə olan 1999-cu il təvəllüdlü tələbə Həşimova Rəşidə Seymur qızı dövlət imtahanından kəsilrək evə döndüyü zaman psixoloji stres keçirib.

Daha sonra huşsuz vəziyyətə düşən gənc qız xəstəxanaya yerləşdirilib. Saatlar ərzində komotez vəziyyətdə qalan tələbənin bir qədər sonra durumu nisbətən stabilləşməyə başlayıb. Müalicəsi davam edir.

Onun şəhərdəki təhsil müəssisələrindən birinin sonuncu kursunda təhsil aldığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə