Babək prospektindəki qəzada 2 nəfər xəsarət aldı FOTO

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Babək prospektində üzü şəhər istiqamətində baş vermiş qəzada iki nəfər - piyada və sürücü xəsarət alıblar.

Onlar, avtomobilin sürücü 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç kəllə-beyin travması, said sümüyünün sınığı, piyada 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəmməd oğlu bud və baldır sümüklərinin sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə səbəbindən qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə