Binəqədidə 2 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və divar kağızı 18 m² sahədə yanıb. SİA xəbər verir ki, yüksək temperaturdan televizor və lambirindən ibarət tavan 3 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...