Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan mallar 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında 10 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə