Dənizdə batan yeniyetmənin meyiti FHN əməkdaşları tərəfindən çıxarılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...