Qobustan Dövlət Qoruğunda baş vermiş yanğın söndürülüb

Bakı şəhərinin Qaradağ rayonundakı Qobustan Dövlət Qoruğu ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin iki helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

SİA FHN-ə istinadən bildirir ki, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 hektar sahədə quru ot və kol-kos yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə