Hacı namaz qılanı təhdid etdi və döydü VİDEO+FOTO

Bakının Mehdiabad qəsəbəsində ilginc hadisə baş verib. SİA-ya daxil olan məlumata görə, qəsəbənin Digah məscidində namaz qılan Qismət Salahov həmin məscidin dini icma rəhbəri Hacı Rza tərəfindən təhdid olunub və sonradan döyülüb. Qismət Salahova "Sən necə möminsən ki, sənin ailən hicab örtmür", deyən məscidin axundu sonradan onu daha sərt ifadələrlə tənbeh edib. Məsciddən evə döndükdən sonra axşam saatlarında isə bir qrup şəxs onu evindən çölə çağırıb və uşaqlarının gözü qarşısında döyməyə başlayıblar. Qismət Salahovun dediyinə görə, onun baş nahiyəsinə beşbarmaqla ağır zərbələr endirilib.

Döyülən şəxs ağır vəziyyətdə Musa Nağıyev adına təcili yardım xəstəxanasına qaldırılıb. Hazırda Q.Salahov Musa Nağıyev adına xəstəxananın travmatologiya şöbəsində 307-ci palatada yatır. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Videoya aşağıdakı linkə tıklayaraq baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=s5-cEs9iK8o

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə