Oğuzda maşın ağaca çırpılıb - 2 nəfər ölüb

Oğuz rayonunun Bayan kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. SİA FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə