Bakıda 18 yaşlı gənc oğlan bıçaqlanıb

Bakının Nərimanov rayonunun Faiq Səfərov küçəsində bıçaqlanma hadisəsi olub. "Report" xəbər verir ki, 2001-ci il təvəllüdlü Tacəddin adlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə