İmişli rayonunda 62 yaşlı kişi kanalda boğulub. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu su kanalında çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə