Xətai rayonunda iki avtomobil toqquşub: bir yaralı

Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, avtoqəza Nobel prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını yüksək sürətlə hərəkətdə olan zaman qarşıda gedən "Kia" markalı minik maşını ilə toqquşub. Nəticədə ikinci avtomobildə olan sərnişin xəsarət alıb.

Xətai polisi yol qəzasının təfərrüatlarını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə